“Ukraynanı boş verin, əsas zərbə Qazaxıstana gələcək” - ŞƏRH

5-01-2022, 11:22           
“Ukraynanı boş verin, əsas zərbə Qazaxıstana gələcək” - ŞƏRH
“Bundan əvvəlki müsahibələrimdə demişdim ki, Ukraynanı boş verin, əsas zərbə Qazaxıstana gələcək və bu da səbəbsiz deyil. Qazaxıstanda isə son illər ərzində dövlətin və dövlətçiliyin möhkəmləndirilməsi üçün misilsiz işlər görülürdü. Ölkə tarixindən tutmuş iqtisadiyyatına qədər sürətlə inkişaf etdirilirdi. Bu da təbii ki, uzaqgörən güclər üçün yaxşı heç nə vəd edə bilməzdi”.

Teref.az-ın məlumatına görə, Modern.az xəbər verir ki, bunu “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu son günlər Qazaxıstanda baş verən qarışıqlığı şərh edərkən deyib.

Siyasi şərhçi bildirib ki, Qazaxıstan prezidenti artıq Nazirlər Kabinetinin buraxılması ilə düzgün olan addımı atdı, amma bu, hələ təhlükənin tam sovuşması anlamına gəlməməlidir.

“Postsovet ölkələrə təsir imkanları yetərincədir, odur ki, hələ başqa sürprizlər də gözlənilməlidir.

Dəfələrlə demişəm, bütün postsovet ölkələrində ən dağıdıcı qurumlar Nazirlər Kabinetidir, ona görə də onları ya buraxıb yenidən formalaşdırmaq, ya da birdəfəlik ləğv etmək lazımdır”.

Ə.Oruclunun sözlərinə görə, prezident üsul-idarəsi olan ölkədə Nazirlər Kabinetinin fəaliyyəti yalnız dağıdıcı qərarlar qəbul edərək, ölkənin inkişafı üçün maneələr yaratmaqdan ibarətdir.

“Ümumiyyətlə isə birdəfəlik parlament üsul-idarəsinə keçmək lazımdır.

Gürcüstanın və Ermənistanın təcrübəsi göstərir ki, bu halda ölkəyə xarici təsirləri minimuma endirmək mümkün olur, çünki baş nazir təkcə hökumətin başçısı deyil, həm də parlament çoxluğunun rəhbəri olur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru