Respublikaçılar Baydenə impiçment elan etməyə hazırlaşır

6-01-2022, 09:34           
Respublikaçılar Baydenə impiçment elan etməyə hazırlaşır
Respublikaçılar Partiyası 2022-ci ildə Nümayəndələr Palatasına geri qayıda bilsə, ABŞ prezidenti Co Baydenə impiçment elan etməyi planlaşdırır.

Bu barədə ABŞ-ın Texasdan olan senatoru Ted Kruz bildirib.

Senatorun sözlərinə görə, respublikaçılar keçmiş prezident Donald Trampa demokratların impiçment cəhdinə görə belə cavab verməyi planlaşdırır.

Kruz Respublikaçıların Nümayəndələr Palatasında qələbə şansının 90%, Senatı geri qaytarma şansının isə 50% olduğunu bildirib.

Bundan əvvəl ABŞ Konqresi Baydenin oğlu ilə bağlı korrupsiya qalmaqalına görə ona impiçment elan edilməsini istəmişdi. Həmçinin Nümayəndələr Palatasından respublikaçı Lauren Bobert də ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasında yol verdiyi səhvlərə görə prezident Baydenin istefasını tələb etmişdi.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru