Ruslar “Qazaxlar, biz sizinləyik” sözləri ilə hökumət binasını yandırıblar - TAM TƏXRİBAT!

6-01-2022, 15:07           
Ruslar “Qazaxlar, biz sizinləyik” sözləri ilə hökumət binasını yandırıblar -
Sərxoş vəziyyətdə olan rus Yakutskda “Qazaxlar, biz sizinləyik” sözləri ilə Hökumət Evini yandırmağa cəhd edib. O, baş verənləri lentə alıb. Səs yazısı RT tərəfindən öz Telegram kanalında yayımlanıb.
TEREF.AZ-ın“Sherg.az”a istinadən xəbərinə görə Daxili İşlər Nazirliyindən bildirilib ki, hazırda hüquq-mühafizə orqanları şübhəli şəxsi axtarır. Onun şəxsiyyəti müəyyənləşdirilir.
Qeyd edək ki, yanvarın 2-də Qazaxıstanda avtomobillərin qaz qiymətinin 60 təngədən 120 təngəyə qalxması ilə bağlı etirazlar başlayıb. Eyni zamanda, onlar sonradan Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin siyasətdən getməsi, yeni seçkilərin keçirilməsi və parlamentin buraxılması tələbləri ilə iğtişaşlar törədiblər. Ən böyük toqquşmalar ölkənin keçmiş paytaxtı Almatıda baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru