6 ölkənin vətəndaşları petisiya başlatdı: - Qazaxıstana qoşun göndərilməsinə ETİRAZ

6-01-2022, 18:02           
6 ölkənin vətəndaşları petisiya başlatdı: -
Change.org saytında Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsinə qarşı petisiya yayılıb.
Petisiyada deyilir: “Biz Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstan vətəndaşları, cənab Tokayevin xahişini rədd etmək və qoşunlarımızın Qazaxıstan ərazisinə daxil olmasının qarşısını almaq tələbi ilə ölkələrimizin rəhbərlərinə müraciət edirik”.

Müraciət müəllifləri bildiriblər ki, Qazaxıstan öz daxili məsələlərini kənar müdaxilə olmadan həll etməlidir.

“Qoşun yeridilməsi Qazaxıstanın milli suverenliyinə qəsddən və xarici işğal aktından başqa bir şey olmayacaq.

Qazaxıstan xalqının öz gələcəyini həll etmək hüququ var. Biz əminik ki, bu gələcək azadlıq, demokratiya və insan hüquqları prinsiplərinə əsaslanacaq”, - deyə müraciətdə bildirilir.

Bu ərəfədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə Yeni ildən sonra başlayan etirazlara görə KTMT-dən yardım istəyib. Etirazçılar maye qazın qiymətinin aşağı salınmasını tələb ediblər. Qazaxıstan hökuməti istefa verib. Ölkənin hər yerində fövqəladə vəziyyət rejimi qüvvədədir.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstana kollektiv sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib. KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Rusiya əməliyyat çərçivəsində paraşütçüləri transfer edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru