Rusiyalı ekspert: Moskva üçün Ermənistanla Türkiyə arasında seçim etmək həmişə çətin olub

18-01-2022, 13:15           
Rusiyalı ekspert:
Rusiya beynəlxalq məsələlər şurasının baş direktoru Andrey Kortunova görə, Rusiya Ermənistanla Türkiyə arasında yaranmaqda olan əməkdaşlığı praktiki müstəviyə keçirmək üçün tərəflərə Cənubi Qafqazda logistika şəbəkəsinin inkişafı layihələrini təklif edə bilər.

Bu fikri Andrey Kortunov TASS-a bildirib.

Onun qənaətinə görə, bu, yalnız Ermənistan və Türkiyəyə deyil, həm də Ankara ilə fəal ticarət aparan Rusiyanın cənub regionlarına fayda gətirəcək.

Cümə günü Moskvada Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələr arasında görüş keçirilib. Rusiya XİN başçısının müavini Andrey Rudenkonun vasitəçiliyi ilə baş tutan görüşdə Türkiyəni Serdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil ediblər.

"Hər iki tərəf yolun yalnız başlanğıcındadır", Andrey Kortunov hesab edir.

Ekspertin fikrincə, Rusiya bu danışıqları asanlaşdıran vasitəçi rolunda çıxış edii.

"Moskva üçün də bu vacib məsələdir, çünki Yerevan və Ankara ilə münasibətləri balansda saxlamaq kifayət qədər çətindir, - Kortunov deyib. -Rusiya üçün Ermənistanla Türkiyə arasında seçim etmək həmişə çətin olub və belə dialoqun bərpası, görünür, Rusiya diplomatları və siyasətçiləri üçün hansısa başağrısını aradan qaldırır", Kortunov hesab edir.

Bu görüş "Rusiyanın regionda alternativsiz vasitəçi olduğunu nümayiş etdirib və Moskva üçün bu iki ölkə arasında balans tapılmasını asanlaşdırıb." Kortunov qeyd edib.

Ter-Petrosyan: Paşinyan hakimiyyəti saxlamağa, Koçaryan və Sarkisyan ələ keçirməyə çalışırlar

"Paşinyan rejimi hər vəchlə hakimiyyətini qoruyub saxlamağa çalışır", - bu fikri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi Erməni Milli Konqres Partiyasının mətbu orqanı hesab edilən "iLur" internet nəşrin Ermənistanda daxili siyasi vəziyyətə dair sualına cavabında deyib.

Məsələ ilə bağlı Ter-Petrosyan bir neçə məqamı vurğulayıb:

1. Paşinyan rejimi vasitələrin fərqinə varmadan, nəyin bahasına olursa olsun hakimiyyətdə qalmağa çalışır.

2. Koçaryan və Sarkisyan tərəfindən idarə olunan müxalifət də, daxili ziddiyyətlərə baxmayaraq, hər vəchlə hakimiyyəti ələ keçirməyə çalışır.

3. Hər üç düşərgədə tamamilə dövlət maraqlarının dərk edilməməsi müşahidə olunur, və millətimizi təhdid edən yeni fəlakətlərin qaçılmaz nəticəsi budur.

4. Çıxış yollarının axtarışı sırf münaqişə tərəfləri və ziyalıların vəzifəsidir.

5. Cəmiyyətin qalan təbəqələrinin hazırda vəziyyətə təsir etmək vasitələri yoxdur. Siyasi və informasiya "səhnələrinin fəal aktyorların əksəriyyəti" tamamilə sözügedən üç düşərgənin maraqlarına xidmət edir.

Ermənistan prezidenti Levon Ter-Petrosyanın şərhi ilə bağlı Ermənistan rəsmi qurumları tərəfindən hələ ki münasibət bildirilməyib.


DəmiryoluŞƏKLİN MƏNBƏYİ,ARMENIASPUTNIK.AM
Ermənistan Baş naziri Nikol Paşinyan Yerasxdan (Arazdəyən) Naxçıvan istiqamətində Azərbaycan sərhədinə qədər və Meğri sahələrində dəmir yolunun bərpası üzrə işçi qrupun formalaşdırılması barədə qərar qəbul edib, Ermənistan mediası xəbər verib.

Baş nazirin imzaladığı qərarın mətninə əsasən, işçi qrupunun yaradılmasında məqsəd Ermənistanda dəmir yolunun göstərilən sahələrinin "bərpası üzrə işlərin səmərəli həyata keçirilməsidir."

Baş nazir işçi qrupunun başçısına görülmüş işlər barədə hər 3 aydan bir məlumat verməyi tapşırıb.

Qrupun rəhbəri Baş nazirin müşaviri Artaşes Tumanyan təyin edilib. Onun tərkibinə 10 nəfər daxildir.

Bundan əvvəl Ermənistanın Baş naziri Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun Meğri hissəsinin tikintisi ilə bağlı hazırlıq işlərinə başlanıldığını bəyan edib.

Baş nazirin müavini Mher Qriqoryan bildirib ki, Ermənistan hökuməti Yerasx - Culfa - Ordubad - Meğri - Horadiz dəmir yolunun 45 kilometrlik hissəsini bərpa etməyi planlaşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.