Rəqabət Məcəlləsinin hazırlanmasının əsas məqsədi açıqlanıb

2-02-2022, 11:49           
Rəqabət Məcəlləsinin hazırlanmasının əsas məqsədi açıqlanıb
"Rəqabət Məcəlləsinin ilkin variantı Azərbaycanın daxili bazarında müəyyən stabillik yaratmaq, haqsız rəqabəti aradan qaldırmaq, bazar iştirakçıları üçün normal bərabər şəraitin yaradılması məqsədilə hazırlanıb".

Bunu “Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

"Ötən il Milli Məclisdə hökumətin hesabatı zamanı Baş nazir Əli Əsədovdan Rəqabət Məcəlləsinin çox vacib sənəd olduğundan üzərində işlənilməsini xahiş etmişdim. Daha sonra Baş nazirlə görüşdüm və mənə məsələni həll edəcəyini dedi. Məsələ olundu və Baş nazirə buna görə təşəkkür edirəm”, - o bildirib.

V.Əhmədov vurğulayıb ki, Rəqabət Məcəlləsi hökumət üzvlərinin, əsasən də iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi altında hazırlanıb: “Sənədin hazırlanmasından xəbərim var idi. Amma hazır olub-olmadığını bilmirdim. Sonradan sənədin rəy verilməsi üçün Maliyyə və Ədliyyə nazirliklərinə təqdim edildiyini öyrəndim. Məcəllənin bir nüsxəsini də mənə göndəriblər və hazırda üzərində işləyirəm”.

Deputat qeyd edib ki, Rəqabət Məcəlləsinin ilkin variantı kifayət qədər əhatəli şəkildə hazırlanıb: “Qanun layihəsinin dili də anlaşılandır, mürəkkəb cümlələr yoxdur. İqtisadiyyat naziri Mikayıl Cabbarova da belə bir qanunun hazırlanmasında fəal iştirakına görə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, indiki zamanda Rəqabət Məcəlləsinin qəbulu ilə azad rəqabəti təmin etmək olduqca əhəmiyyətlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru