Milli Məclis konstitusiyanı pozdu - CAVAD CAVADOVDAN ETİRAZ

2-02-2022, 17:30           
Milli Məclis konstitusiyanı pozdu - CAVAD CAVADOVDAN ETİRAZ
Milli Məclisin “Dini etiqad azadlığı haqqında” qanuna etdiyi dəyişiklik cəmiyyətdə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, qanuna edilən dəyişiklikdən sonra məscidlərin axundlarını müvafiq icra hakimiyyəti orqanı-Dini Qurumlarla bağlı dövlət Komitəsi təyin edəcək.
Teref.az-ın məlumatına görə, bunu Gununsesi.info-ya şərh edən hüquqşünas Cavad Cavadov bildirib ki, Milli Məclisin bu addımı Konstitusiyanın pozulmasıdır:

“Bununla da Konstitusiyada əks olunmuş din dövlətdən ayrıdır prinsipinə son qoyulacaqdır.
Konstitusiyanın 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

Bu məntiqlə dini etiqadlar arasında bərabərliyi təmin etmək üçün onda gərək kilsələrdə, sinaqoqlarda da təyinatları Komitə etməlidir.

Əgər mollalar dövlət tərəfindən təyin olunacaqlarsa onlarla artıq əmək müqaviləsi bağlanmalıdır, yaxud bu münasibətlər hansısa formada rəsmiləşdirilməlidir. Onlar işdən azad olunduğu təqdirdə məhkəməyə müraciət etmə hüquqları tanınmalıdır.

Azərbaycanda faktiki olaraq məhkəmə və qanunverici hakimiyyəti müstəqil olmamaqla icra hakimiyyətindən asılıdır.

Qalmışdı dini məsələlər, o da icra hakimiyyətinə tabe olandan sonra qədim Şərqə qayıdırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru