Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb

4-02-2022, 11:25           
Azərbaycan, Türkiyə və İsrailin ABŞ-dakı səfirləri görüşüb
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və İsrailin ABŞ-dakı səfirləri arasında görüş olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tviterdə yazıb.

“Səfir Mikael Hersoqu qonaq kimi qəbul etmək mənim üçün şərəfdir. Azərbaycan İsrail dostluğu regionda sülh, sabitlik və inkişaf üçün töhfədir!”, - Azərbaycan səfiri qeyd edib.

Həmçinin bu görüş barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik də paylaşım edib. O, tviterdə yazıb:

“İsrail səfiri Mikael Hersoqun Türkiyə səfiri də daxil olmaqla digər səfirlərlə birgə Vaşinqtonda Azərbaycan səfiri Xəzər İbrahim tərəfindən şam yeməyində görməyimə şad oldum”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.