DÜNYA BU GÖRÜNTÜLƏRDƏN DANIŞIR: Putin Makronu əli cibində qarşıladı, görüşün keçirildiyi masa isə... (İLGİNC FOTOLAR)

8-02-2022, 10:45           
DÜNYA BU GÖRÜNTÜLƏRDƏN DANIŞIR:
Fransa prezidenti Emmanuel Makron Rusiya ilə Ukrayna arasındakı böhranı müzakirə etmək üçün Moskvaya səfər edib.

Avropa.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Makronu əlləri cibində salamlayarkən görüşün keçirildiyi masa diqqət çəkib.



Ukraynada böhran davam edərkən Rusiya prezidenti Vladimir Putin Rusiyanın paytaxtı Moskvada Kreml sarayında Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Putinin Makronu əli cibində qarşılaması və iki liderin bir-birindən uzaqda geniş masa arxasında əyləşməsi diqqət çəkib.



Qapalı görüşdən əvvəl Fransanın dialoq prosesinə töhfə vermək üçün səy göstərdiyinə diqqət çəkən Putin, "Rusiya və Fransanın təhlükəsizlik mövzularında ortaq narahatlıqları var", deyib.

Avropadakı gərginliyə işarə edən Makron isə, “Avropada təhlükəsizliyi və sabitliyi qorumağın yeganə yolunun dialoqdan keçdiyini düşünürəm”, deyə bildirib.

Qeyd edək ki, Putinin Makronu əli cibində qarşılaması və onunla uzun masada danışıqlar aparması dünyada müzakirə mövzusuna çevrilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.