ABŞ Ukraynaya Baltikyanı ölkələrdən silah tədarükünə razılıq verib

8-02-2022, 10:15           
ABŞ Ukraynaya Baltikyanı ölkələrdən silah tədarükünə razılıq verib
“Kiev Vaşinqtondan Baltikyanı ölkələrdən Ukrayna Silahlı Qüvvələri (AFU) üçün silah tədarükünə razılıq alıb”.

“Report” xəbər verir ki, bunu ICTV kanalının efirində Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

Onun sözlərinə görə, 10-a yaxın ölkə artıq Ukraynanı pulsuz, dəstək və hədiyyə olaraq öldürücü silahlarla birbaşa təmin edir:

“Elə ölkələr var ki, bizim müqavilələrimiz var, onlardan müəyyən silahlar alırıq və bu da bizə uyğundur. Bəzi ölkələr, məsələn, Almaniya hələ də bizi öldürücü silahlarla təmin etməmək üçün prinsipial mövqedədir. "Təəssüf ki, təkcə özünün deyil, həm də NATO-nun xüsusi Dəstək və Satınalma Agentliyi vasitəsilə bizim tərəfimizdən öldürücü silahlar əldə etməmizə mane olur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru