Putin-Makron görüşündə uzun masa müzakirələrə səbəb oldu: "Siz tərəfdə hava necədir?"

8-02-2022, 12:13           
Putin-Makron görüşündə uzun masa müzakirələrə səbəb oldu: "Siz tərəfdə hava necədir?"
Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makronun Kremlin birinci binasının nümayəndəliyində keçirilən görüşdəki masanın uzunluğu müzakirələrə səbəb olub.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, diplomatik həldə rol almaq üçün Moskvaya gedən Fransa lideri ilə Putin arasındakı “məsafəli” görüş sosial şəbəkə istrifadəçilərinin dilinə düşüb.

Uzun bir masanın hər iki ucunda oturan iki liderin görüşü 5 saat davam edib.

“New York Post” qəzeti “məsafəli görüşü” “Sizin tərəfdə hava necədir?” sözləri ilə şərh edib.

“Daily Mail” isə manşet xəbərini “Aralarında hələ də kilometrlər var” başlığı ilə oxucularına təqdim edib.

Qeyd edək ki, tərəflər Ukrayna böhranını müzakirə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.