“Belarus deyəndə ağıla ancaq kartof gəlir...” – Ermənistandan Lukaşenkoya sərt reaksiya

8-02-2022, 17:45           
“Belarus deyəndə ağıla ancaq kartof gəlir...” – Ermənistandan Lukaşenkoya sərt reaksiya
Belarus prezienti Lukaşenkonun Ermənistanla bağlı söylədiyi fikirlər düşmən ölkədə hiddətlə qarşılanıb.

Sfera.az xəbər verir ki, erməni politoloq Alen Gevondyan Ermənistan tərəfinin bu məsələ ilə bağlı yetərli açıqlama vermədiyini deyib:

"Ermənistan Xarici İşlər Nazirliyi bildirir ki, Lukaşenko öz ölkəsinin Ermənistanla bağlı daxili gündəliyinə xidmət edir. 24 saat fikirləşib bu qənaətə gəldiniz? Totalitar ölkədəki bir diktator Ermənistanda öz daxili gündəminə xidmət edir. Belarusla bağlı kartofdan başqa hansı təəssüratınız var?”

"Mən bilirəm ki, Xarici İşlər Nazirliyində hələ də şərəfli və peşəkar insanlar var və onların daxildə bütün bunlarla böyük münaqişəsi gedir. Vaxtaşırı onlara qulaq asın. Hökumət dəyişsə, dövlətin institusional strukturunun bərpasına daha iki il lazım olacaq və biz yaşanacaq hadisələri ağlımıza gətirə biləcəyik”, - deyə politoloq qeyd edib.

Xatırladaq ki, ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko ermənilərin heç kimə lazım olmadığını və Ermənistanın Belarusa, yaxud yaradılması nəzərdə tutulan Sovet tipli yeni ittifaqa qoşula biləcəyini deyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.