Yeni media haqında qanun təsdiqlənib - VİDEO
9-02-2022, 11:48

Prezident İlham Əliyev tərəfindən təsdiq edilən "Media haqqında" Qanun peşəkar mediaya istiqamətlənən və həmin medianın inkişafına dəstək göstərəcək normativ hüquqi aktdır.
Bunu REAL TV-nin efirində yayımlanan "REAL İntervyu" proqramında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib. O bildirib ki, media subyektləri, baş redaktorlar, jurnalistlər və media sahəsindəki ekspertlərlə birlikdə müzakirə zamanı qanunda nəzərdə tutulan əsas məqsəd hazırkı Azərbaycan media mühitində formalaşmış media subyektlərinin bütün dairəsinin müəyyən olunması idi.
Əhməd İsmayılov qeyd edib ki, Eyni zamanda həmin reyestrə daxil olmadan da fəaliyyət göstərən jurnalistlərlə birlikdə media subyektlərində, onlayn mediada çalışan jurnalistlər eynilə bütün jurnalistlərin hüquq və statuslarından istifadə etmiş olacaq.
Proqram çərçivəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru yeni media haqqında qanununun jurnalist vəsiqəsinin hansı statusunu müəyyənləşdirməsinə də aydınlıq gətirib.
Əhməd İsmayılov deyib ki, istənilən jurnalist media reyestrında olması ilə bağlı özü müraciət edəcək. Əgər istəyəcəksə həmin reyestrda özünü bəyan edəcək, istəmədiyi təqdirdə isə tam sərbəst olaraq öz redaksiyaları tərəfindən verilən jurnalist vəsiqəsi əsasında da öz fəaliyyətini həyata keçirəcək.