Ramiz Mehdiyev haqqında yazılanlardan DANIŞDI - "Əsas mövqeyim ondan ibarətdir ki..."

9-02-2022, 15:54           
Ramiz Mehdiyev haqqında yazılanlardan DANIŞDI -
Son zamanlar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevlə bağlı narazılıqlar artıb. AMEA-nın institutlarının bir neçə direktoru onun vəzifəsindən getməli olduğunu bildirib. Həmçinin, Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədov məhkəmədə qalib gəlib və onun işə bərpa olunması ilə bağlı qərar verilib. Hazırda isə onunla bağlı digər bir məhkəmə işi davam edir.

Teref.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev bunlarla bağlı "Unikal"a açıqlamasında diqqətə çatdırıb ki, bu məsələlərə qarışmaq və fikir bildirmək istəmir.

"Təşəkkür edirəm ki, siz bu məsələ haqqında fikirləşirsiniz. Ancaq əsas mövqeyim ondan ibarətdir ki, akademiyada sağlam şərait yaradıb, elmlə məşğul olub elmə təkan verək, dövlətimizə kömək edək".

R.Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri Elton Məmmədovla olan məhkəmə çəkişməsinə isə münasibət bildirmək istəməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru