"Atlantico": "NATO-nun genişlənməsi Rusiya ilə qaçılmaz müharibəyə səbəb olacaq"

9-02-2022, 17:39           
"Atlantico":
Ukrayna ilə Rusiya arasında yaranmış gərginlik artmaqdadır. AzVision.az xəbər verir ki, Qərb mediası artıq bir aydan çoxdur ki, Avropanın müharibənin bir addımlığında olduğunu yazır Məsələn, fransız analitik Aleksandr del Valle “Atlantico” nəşri üçün mövzuya dair maraqlı bir təhlil yazıb. O, məqaləsində Ukrayna ətrafında yaranmış gərgin vəziyyətin qlobal münaqişəyə çevrilə biləcəyini proqnozlaşdırıb. Bu müharibədə təkcə Rusiya və Ukrayna deyil, Avropa ölkələrinin yarısı da iştirak edəcək.

Fransız analitikin sözlərinə görə, bu münaqişənin təhrikçisi Şərqə doğru genişlənməsini davam etdirən Şimali Atlantika Alyansı(NATO) olacaq. Ekspert əmindir ki, ABŞ və NATO Ukrayna ərazisindən Rusiya ilə qarşıdurma üçün tramplin kimi istifadə etməyə çalışır.

- Bu isə müharibəyə səbəb ola biləcək çox təhlükəli bir vəziyyət yaradır-,ekspert yazıb. Eyni zamanda, Aleksandr del Valle xatırladıb ki, 2014-cü ildən Moskva və Kiyev bir-birinə qarşı aqressivlik nümayiş etdirir. Ancaq bu aqressivlik birbaşa toqquşmalara gətirib çıxarmayıb.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Tural Tağıyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.