Kansler: "Almaniya Rusiya ilə danışıqlara hazırdır"

10-02-2022, 08:13           
Kansler:
"Almaniya Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün Rusiya ilə bütün səviyyələrdə dialoqa hazırdır".

Bunu Almaniya kansleri Olaf Şolts deyib.

Kansler Rusiya ilə bütün səviyyələrdə dialoqa çağırıb.

Şolts qeyd edib ki, Almaniyanın Avropa İttifaqı və NATO ilə razılaşdırılmış strategiyası Rusiya ilə bütün səviyyələrdə və mümkün formatlarda dialoqa hazır olmaq deməkdir.

Bundan əvvəl Şolts bildirib ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin növbəti dəfə pozulması yolverilməzdir və Rusiya üçün ciddi nəticələrə gətirib çıxaracaq, lakin Qərb dialoqa sadiqdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru