Pakistan beynəlxalq birliyi Hindistanın siyasətinə etiraz etməyə çağırıb

11-02-2022, 09:03           
Pakistan beynəlxalq birliyi Hindistanın siyasətinə etiraz etməyə çağırıb
Pakistanın Baş nazirinin xüsusi nümayəndəsi mövlana Tahir Əşrəfi İslam dünyasını və beynəlxalq birliyi Hindistanın milli azlıqlara yönəlik siyasətinə qarşı səsini qaldırmağa çağırıb. Bu barədə fevralın 9-da «Pakistan radiosu» xəbər verib.

İslamabadda mətbuat konfransında çıxış edərkən o bildirib ki, Karnataktda və Hindistanın digər rayonlarında hicab geyinməyə qadağa qoyulub. Onun sözlərinə görə, bütün Pakistan xalqı Hindistanın siyasətinə etiraz edən hindistanlı müsəlmanqızı dəstəkləyir.

Tahir Əşrəfi həm də bəyan edib ki, fevralın 11-də Pakistan hindistənlı müsəlman qadınlarla Həmrəylik Gününü qeyd edir.

Bundan başqa, Pakistan bütün dünyanın müsəlman din xadimlərinə məktub yazır ki, onları Hindistanı qınamağa çağırıb.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru