Trampın malikanəsində gizli sənədlər tapılıb

12-02-2022, 09:33           
Trampın malikanəsində gizli sənədlər tapılıb
ABŞ-ın Milli Arxivlər və Qeydlər İdarəsinin (NARA) ölkənin keçmiş Prezidenti Donald Trampın malikanəsi Mar-o-Laqodan götürdüyü sənədlər arasında “gizli” və “tam məxfi” qeydləri olan sənədlər tapılıb.

Bundan əvvəl NARA rəsmilərinin Trampın Ağ Evdən çıxararaq Mar-o-Laqoya köçən eks-prezidentin malikanəsindən bir neçə qutu sənəd ələ keçiriblər. Sənədlərə Şimali Koreya lideri Kim Çen Inla yazışmalar və Barak Obamanın 2016-cı ildə varisinə göndərdiyi mesaj daxildir.

Qeyd edilir ki, bəzi sənədlər o qədər məxfidir ki, yalnız çox dar çərçivədə səlahiyyətli şəxslərin onlardan məlumatlı olmaq hüququ var. NARA-nın tələbi ilə ABŞ Ədliyyə Nazirliyi məsələyə baxacaq.

Mənbə: The Washington Post












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru