Bayden Putinə iki seçim təklif etdi: Ya dialoq, ya da...

13-02-2022, 17:20           
Bayden Putinə iki seçim təklif etdi:
ABŞ Prezidenti Co Bayden telefon danışığı zamanı Rusiya Prezidenti Vladimir Putinə iki seçim təklif edib. Rusiya ya Qərblə dialoqu davam etdirməli, ya da NATO-nun Avropada güclənməsi ilə nəticələnəcək qarşıdurmanı seçməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Derek Şolle BBC-yə müsahibəsində deyib.

Prezident Bayden prezident Putinə seçim etməli olduğunu çox açıq şəkildə bildirdi. İki açıq variant var. ABŞ diplomatiya və dialoq yolu ilə getməyə hazırdır. Eyni zamanda Bayden prezident Putinə bildirib ki, o, eskalasiya və qarşıdurma yolunu seçərsə, bunun ciddi nəticələri olacaq”, - Şolle bildirib.

Şollenin sözlərinə görə, Ukraynadakı münaqişə həm də NATO-nun şərq sərhədlərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə gətirib çıxaracaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru