Ştaynmayerdən Putinə: Rusiya məsuliyyət daşıyır!

14-02-2022, 08:17           
Ştaynmayerdən Putinə:
Ötən gün yenidən Almaniya prezidenti seçilən Frank-Valter Ştaynmayer Avropada müharibə təhlükəsinin olduğunu deyib və qitədə sülhün təmin edilməsi yollarını birgə axtarmağa çağırıb.

Axar.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb.

"Dostları qorumaq, qonşularla sülh şəraitində 30 il keçirmək ölkəmiz üçün uğurdur. Amma bu günlərdə bizim bilməli olduğumuz bir məqam da var. Sülhü qorumaq heç də asan deyil. Onun üzərində işləmək lazımdır - dialoq əsasında, lazım gəldikdə təmkin, qətiyyətlə...

Rusiya ilə Qərb arasında güclənən fikir ayrılığının səbəbləri haqqında müzakirə ediləcək çox məqam var. Ancaq bununla mübahisə edə bilməzsiniz: Biz Şərqi Avropada müharibə təhlükəsi vəziyyətindəyik və buna görə Rusiya məsuliyyət daşıyır”, - Ştaynmayer bildirib.

O, həmçinin Rusiya Prezidenti Vladimir Putinə müraciət edib:

"Avropada sülhü təmin etmək üçün bizimlə birgə yol axtarın".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru