Kremlin bu addımı gərginliyi pik həddə çatdırdı - Nayçuk

14-02-2022, 16:19           
Kremlin bu addımı gərginliyi pik həddə çatdırdı - Nayçuk
Ukrayna-Rusiya sərhədində artıq üç aydan çoxdur ki, mürəkkəb vəziyyət müşahidə olunur. Lakin bu böhranın Rusiyanın Ukraynaya tammiqyaslı hərbi müdaxiləyə çevrilə biləcəyi haqda söhbətlər vəziyyətin gərginləşməyinə hesablanmış cəhdlərdən başqa bir şey deyil.
Bu fikirləri Axar.az-a Ukraynanın Vətəndaş Diplomatiyası Fondunun direktoru Anton Nayçuk bildirib.
"Ukrayna ətrafında gərginliyin daha da artmasına xidmət edən amillərdən biri cümə axşamı start götürən “İttifaq qətiyyəti-2022” Rusiya-Belarus hərbi manevrləri olub. Bu təlimlər rəsmi Kiyev tərəfindən potensial təhlükə kimi qəbul edilir. Amma əslində heç bir tərəf silah tətbiq etmək istəmir. Ukrayna hökuməti hazırkı böhranın siyasi həllinə daha çox maraq göstərir", - deyə ukraynalı ekspert qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.