“Rusiya sanksiyalardan yayınmaq üçün üç ölkə tapıb...” - Ukrayna XİN başçısı

2-03-2022, 19:21           
“Rusiya sanksiyalardan yayınmaq üçün üç ölkə tapıb...” - Ukrayna XİN başçısı
Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün keçirdiyi mətbuat konfransında Rusiyaya qarşı tətbiq olunan sanksiyalar barədə danışıb.

“AzPolitika.info” xəbər verir ki, XİN başçısı Rusiyanın sanksiyalardan yayınmaq üçün yollar axtardığını bildirib: “Rusiya sanksiya tələsindən yayınmaq üçün əlavə yollar axtarır. Onlar üç ölkə tapa biliblər. Biz bunların hansı ölkələr olduğunu bilirik və tərəfdaşlarımızla birlikdə həmin ölkələrlə danışacağıq ki, işğalçıya kömək etməsinlər. Bir neçə saat əvvəl britaniyalı həmkarım Liz Trassla danışdım. Biz sözün əsl mənasında Rusiya iqtisadiyyatını boğacağıq”.

Nazir bildirib ki, günbəgün Rusiyanın hava məkanına, dənizə, ticarətə, texnologiyalara və s. çıxışı bağlanır: “Onlar bizim şəhərlərimizi dağıdır, biz də onların iqtisadiyyatını dağıdacağıq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.