Rusiyanın faciəsi nədədir?

3-03-2022, 00:05           
Rusiyanın faciəsi nədədir?
Rusiyanın faciəsi həm də ondadır ki, bu qədər nazir, bürokrat, deputat və diplomat arasında hələ ki, bir nəfər tapılmayıb ki, Ukraynaya işğala etiraz edib istefa versin. Bəlkə də daxilən mövcud durumla razılaşmayanlar var, ancaq qorxularından səslərini çıxarmırlar. Deməli, türkiyəli jurnalist Rusiyanın Türkiyədəki səfirinə sual verib ki, Rusiya dünyadan təcrid vəziyyətindən necə çıxacaq? Səfir cavabında bildirib ki, ölkəsi sanksiyalara öyrəncəlidir və 100 il bundan əvvəlki durumdan misal çəkib: “Biz Birinci Dünya müharibəsindən sonra da Qərbin sanksiyaları ilə üz-üzəydik, ancaq ölkə quruldu, inkişaf etdi, ağır sənaye yaratdı, üstəgəl Atatürkün mübarizəsinə dəstək verdi”.
Teref.az yazır ki, bunu politoloq Elxan Şahinoğlu deyir.
Daha sonra politoloq deyir ki, səfir adını çəkməsə də, Leninin və digər bolşeviklərin 1917-ci ildəki çevrilişini nəzərdə tutub. Bəli, bu çevrilişdən sonra Qərb Rusiyada inqilab yoluyla hakimiyyətə gələnləri tanımadı. Ancaq söhbət 100 bundan əvvəldən gedir. Bugünkü kapitalist Rusiya ən azı 30 ildir dünya ilə iç-içəydi, indi bunların hamısından məhrum olacaq. Lenin dövründə internet, mobil telefonlar, dünya paytaxtlarına uçan təyyarələr, SWIFT yox idi. Bunlarsız Rusiya vətəndaşları necə yaşayacaqlar? Səfir suala cavabında Atatürkə verdikləri dəstəyi də misal çəkərək sanki Türkiyəyə minnət qoymaq istəyib. Lenin Atatürkə ona görə dəstək verdi ki, özü də Antanta dövlətlərinin dəstək verdiyi qruplarla mübarizə aparırdı. Lenin həm də ona ümid edirdi ki, Atatürk Sovet Rusiyasına bənzər ölkə quracaq. Atatürk Cumhuriyyət qurdu və Rusiyadan fərqli olaraq qonşularını təhdid etmədi. Leninin qurduğu kommunist imperiya 70 ildən sonra süquta uğradı, Atatürkün qurduğu Cumhuriyyət isə quruluşunun 100 illiyinə hazırlaşır.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.