Ukrayna şəhərlərində ağır döyüşlər gedir, Rusiya hərbi texnikası ələ keçirilib

3-03-2022, 10:48           
Ukrayna şəhərlərində ağır döyüşlər gedir, Rusiya hərbi texnikası ələ keçirilib
Ukraynanın Kiyev vilayətinin şəhər və qəsəbələrində - Qostomeldə, Nemeşaevoda, Buçada və Borodyankada ağır döyüşlər davam edir.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev vilayəti polisinin mətbuat xidməti məlumat yayıb.

"Buçanşina Kiyev vilayətinin Rusiyanın işğalı səbəbindən çətin vəziyyətin yarandığı rayonlarından biridir. Qostomel, Nemeşaevo, Buça və Borodyanka döyüşləri davam etdirir, İrpində hava hücumunun nəticələri aradan qaldırılır. Digər icmalarda vəziyyət nəzarət altındadır", - xəbərdə deyilir.

Qeyd olunur ki, asayiş keşikçiləri gecə-gündüz işləyir, nəzarət-buraxılış məntəqələrində xidmət göstərir, avtomobilləri yoxlayır, şübhəli əşyalar və şəxslərlə bağlı müraciətləri cavablandırır, zərərçəkənlərə kömək göstərir.

Eyni zamanda Ukrayna hərbçiləri Rusiya ordusunun texnikasını məhv etməkdə, canlı qüvvəsini itkiyə uğratmaqda davam edir. Belə ki, Ukrayna Silahlı Qüvvələri üzərinə V işarəsi vurulmuş Rusiya hərbi texnikasını ələ keçirib. Yayıllan fotolarda Rusiyanın hərbi yük maşınının yanında ukraynalı hərbçilərin dayanması əks olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru