Rusiyanı defolt gözləyir - "JP Morqan”

3-03-2022, 09:43           
Rusiyanı defolt gözləyir - "JP Morqan”
Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ölkənin beynəlxalq bazarda dollar və digər dövlət borcları üzrə defolt ehtimalını xeyli artırıb.

Axar.az xəbər verir ki, bu barədə "JP Morqan” analitikləri proqnoz veriblər.

Analitiklərin fikrincə, Rusiya bu ay 700 milyon dollardan çox dövlət istiqrazlarını geri almalıdır. Baxmayaraq ki, nəzəri cəhətdən borcunu ödəmək üçün kifayət qədər ehtiyatı olsa da, praktikada bəzi aktivlərin dondurulması və digər tədbirlər onun ödəmə qabiliyyətinə təsir edə bilər.

“ABŞ-ın Rusiya dövlət qurumlarına qarşı sanksiyaları, xarici ödənişləri məhdudlaşdırmaq üçün Rusiya daxilində əks tədbirlər və ödəniş zəncirlərindəki fasilələr Rusiyaya xaricdə istiqraz ödənişləri etmək üçün ciddi maneələr yaradır”, - analitiklərin proqnozunda qeyd olunub.

Sanksiyaların Rusiyanın valyuta istiqrazları üzrə defolt ehtimalını əhəmiyyətli dərəcədə artırdığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru