Ermənistan parlamenti yeni prezidenti seçə bilmədi

3-03-2022, 11:50           
Ermənistan parlamenti yeni prezidenti seçə bilmədi
Ermənistan parlamenti ölkənin yeni prezidentini seçə bilməyib.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan cəmi 69 səs toplayıb ki, bu da lazım olan minimum səs sayından (81) az olub.

Müxalif “Şərəfim var” və “Hayastan” fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.

Konstitusiyaya görə, prezident seçkilərinin ikinci və üçüncü turlarının keçirilməsi mümkündür və bu zaman seçilmək üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.

Parlamentin sədri Hakob Arşakyan səsvermənin ikinci turunun bu gün keçiriləcəyini bildirib./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru