"ONA NƏ OLUB BİLMİRƏM, AMMA HƏRƏKƏTLƏRİNƏ BAXANDA..." - Zelenskidən canlı yayımda Putinə və Lavrova çox ağır sözlər + VİDEO

4-03-2022, 00:05           
"ONA NƏ OLUB BİLMİRƏM, AMMA HƏRƏKƏTLƏRİNƏ BAXANDA..." -
“Məsələ “danışmaq istəyirəm” deyil. Məncə, Putinlə danışmalıyam. Dünya Putinlə danışmalıdır”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski mətbuata açıqlamasında deyib.

“Bu müharibəni dayandırmaq üçün başqa bir yol... Çünki mən Putinlə danışmağa məcburam. Çox dürüst davranıram. Bütün problemlərin fərqindəyəm. Prezident Putinin dilə gətirdiyi narahatlıqların fərqindəyəm. Məncə, biz danışmalıyıq. Heç bir ön şərt olmadan, kişi kimi danışmağa məcburuq. Ona nə olub, bilmirəm, amma hərəkətlərinə baxanda marağımı çəkən şeylər var. Hər şeyi danışmaq istəyirəm.

Belə bir adam ölkəsi üçün böyük insan ola bilər, amma bu nəsil qərar verməz ona. Nə qədər tarixi fiqur olduğuna gələcək nəsillər qərar verər. Bəlkə, məni gələcəkdə xatırlayacaq, amma vacib olan yaxşı xatırlanmaqdır”, - Zelenski qeyd edib.

"Mənimlə Makronla danışdığın kimi 30 metrdən danışma, biz qonşuyuq. Gəl, mənimlə danış. Biz sənin üçün təhdid deyilik, biz terrorçu deyilik", - Zelenski əlavə edib.

Zelensk Rusiya Xarici İşlər naziri Lavrov barədə danışarkən isə bildirib ki, hər bir şəxsin necə insan olması onun sifətinə baxanda məlum olur.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.