Ər-Riyadla 4 raund danışıqlar apardıq, nəticə... - İran

6-03-2022, 11:13           
Ər-Riyadla 4 raund danışıqlar apardıq, nəticə... - İran
Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq üçün keçən il 4 raund danışıqlar apardıq. Bu danışıqlar müsbət ab-hava yaratdı və az da olsa, müəyyən nəticələr verdi.

Axar.az xəbər verir ki, bu sözləri İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Səudiyyə Ərəbistanının dialoq yoluna qədəm qoymasından məmnunuq. Bu baxışın davam etdirilməsi müsbət nəticələr verə bilər, çünki münasibətlərin və əməkdaşlığın inkişafı iki ölkənin maraqlarına uyğundur", - Abdullahian bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru