“Mayın 9-na kimi Putin rejiminin taleyi tam həll olunacaq” - Ekspert

25-04-2022, 12:38           
“Mayın 9-na kimi Putin rejiminin taleyi tam həll olunacaq” - Ekspert
Mütəxəssis qeyd edib ki, Ukraynadakı məğlubiyyətdən sonra Putinin mövqeyi o qədər laxlayıb ki, söhbət artıq onun hakimiyyətdən kənarlaşdırılmasından yox, fiziki cəhətdən “ləğv edilməsindən” gedəcək.

Donbass uğrunda savaş gerçəkdən Rusiya və Ukrayna müharibəsində həlledici olacaq. Nəzərə alsaq ki, Rusiyanın resursları artıq son həddədir, Kreml yüksək inensivliklə müharibəni daha bir neçə həftə apara bilər, bundan artıq yox. Amma bu, o demək deyil ki, müharibə tezliklə sona çatacaq.

Bu fikri hərbi analitik, ordu tədqiqatı, konversiya və silahsızlaşma Mərkəzinin direktoru Valentin Badrak «Qlavred» saytında bildirib.

"Daha bir nüans. Putin - simvolizmin tərəfdarıdır, ona görə sifətini bu uduzulmuş müharibədə qoruyub saxlamaq istəyir. Bunun üçün o, müəyyən tədbirlər hazırlayır ki, onları dünyaya və öz ictimaiyyətinə nümayiş etdirsin. Axı, Ukraynadakı məğlubiyyətdən sonra Putinin mövqeyi o qədər laxlayıb ki, artıq söhbət onun hakimiyyətdən kənarlaşdırılmasından yox, fiziki məhvindən gedəcək" - ekspert əmindir.

Onun sözlərinə görə, Putin Ukraynada müharibəni uduzub və ona görə də o, fiziki cəhətdən sıradan çıxarılmalıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru