Ruslar erməniləri Qarabağda tank müharibəsinə hazır olmağa çağırır

8-05-2015, 15:03           
Ruslar erməniləri Qarabağda tank müharibəsinə hazır olmağa çağırır
Avqust ayında Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində ciddi gərginlik olacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda mətbuat konfransı keçirən rusiyalı ekspertlər Vladimir Yevseyev və Aleksandr Areşev bildiriblər.

Yevseyev iddia edib ki, əgər keçən avqustda döyüşdə əsasən qumbaraatanlardan istifadə edilirdisə, bu avqustda tanklar işə düşəcək. O, iddia edib ki, iyunda Bakıda Birinci Avropa oyunları keçirildiyinə görə, yayın ilk aylarında sakitlik olacaq.

Erməni şərhçilər bu müharibədə Ermənistanın Azərbaycanla təkbətək döyüşməyə məcbur olacağını bildirirlər və İrəvan üçün çox təhlükəli sayırlar. “Daha öncə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında vəziyyət gərginləşərsə, KTMT məsələyə qarışmayacaq, çünki bu, təşkilatın Qarabağ nizamlanması üzrə prinsiplərinə ziddir" deyən erməni şərhçi Akop Badalyan təşkilatı beynəlxalq hüquq əsasında yanaşmasına görə təhqir edir (hər halda, Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü təmin etmək istəyir”: “Sən demə, KTMT hərbi blok yox, üzvü ilə üzvü olmayan arasında fərq qoymayan “pasifist” təşkilatdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.