Rusiyaya SSRİ-nin taleyi yaşadılır - Şok iqtisadi çöküş

10-05-2022, 09:10           
Rusiyaya SSRİ-nin taleyi yaşadılır - Şok iqtisadi çöküş
Rusiya sanksiyalara görə son 30 ilin ən güclü iqtisadi çöküşünü yaşaya bilər.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” nəşri məlumat yayıb.

Nəşrin analitiklərinin bildirdiyinə görə, Rusiyanın ümumdaxili məhsulu 12% azalacaq:

“Əvvəlki proqnoza görə isə azalma 8% düşünülürdü. Əgər proqnoz özünü doğruldarsa, bu, SSRİ-nin 1990-cı ildəki çöküşü zamanı yaşanan iqtisadi sarsıntı ilə müqayisə oluna bilər”.

Rusiyaya təsir edəcək əsas sanksiyalar isə bunlar olacaq: neft embarqosu, Rusiyadan qaz idxalından imtina və xarici şirkətlərin ölkə bazarından çıxmağa davam etməsi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.