İrəvanın yeni oyunu və ya Xankəndində Sarkisyan nə edirdi?

23-04-2016, 09:38           
İrəvanın yeni oyunu və ya Xankəndində Sarkisyan nə edirdi?
Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağa səfəri zamanı keçirdiyi müzakirələrin detalları məlum olub.

Publika.az xəbər verir ki, Ermənistanın "İragir" saytı axşam saatlarında keçirilən qapalı müzakirələrdə əsl dava düşdüyünü yazıb.

Saytın məlumatına görə, qapalı iclasda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiyanın irəli sürdüyü plan və bu plana uyğun olaraq Ermənistanın tərk edəcəyi ərazilər müzakirə olunub: “Plana uyğun hansı ərazilərin boşaldılacağı dəqiq olmasa da, iclasda ciddi fikir ayrılığı olduğu məlumdur. Məlumatlara görə, bu müzakirələrdə Daşnaksütyun Partiyası da iştirak edib, həmçinin, bir neçə general da orada olub. Müzakirə təkcə Qarabağdakı hərbçilərlə aparılmayıb, orada İrəvandan getmiş bir çox siyasətçi və hərbçi də olub. Sərkisyan Rusiyanın Qarabağ planını təqdim edib və ciddi etirazla qarşılanıb”.

Sayt qeyd edir ki, sabiq xarici işlər naziri Georqi Petrosyan ayağa qalxıb və qapını çırparaq çıxıb.

“Məlumatlara görə, general Vitali Balasanyan bildirib ki, kimsə bu razılaşmanı imzalamağa cürət etsə, onu şəxsən özü güllələyəcək. Dağlıq Qarabağın (qondarma “DQR”) “xarici işlər naziri” isə çıxışında Rusiyanın planına uyğun danışıb”, - deyə sayt vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.