ABŞ Ukraynanı əks-hücuma hazırlayır... - Müharibə Moldovaya da sıçraya bilər

21-05-2022, 10:24           
ABŞ Ukraynanı əks-hücuma hazırlayır... -
“ABŞ-ın Ukraynaya yeni yardım paketi Odessa limanının açılmasına kömək edəcək”. Teref.az ovqat.com-a istinadla xəbər verir ki, ABŞ senatoru Mitç Mak-Konnell “New York Times”a açıqlamasında belə deyib.

Senator ABŞ-ın yeni yardım paketinin Ukrayna-Rusiya müharibəsində yeni səhifə açacağına və Ukrayna ordusunun əks-hücuma keçməsinə şərait yaradacağına inanır.

“Ukraynalılar hücuma keçməyə çalışırlar. Düşünürəm ki, bu silah paketi onlara indi ehtiyac duyduqlarını vermək üçün nəzərdə tutulub. Bu yardım paketi Ukraynaya nəinki quru müharibəsində qalib gəlmək fürsəti qazandıracaq, həm də ümid edirəm ki, Odessa limanının yenidən açılmasına müəyyən təsir göstərəcək”.

Mak-Konnellin fikrincə, Yaxın Şərq və Afrika ölkələrini gözləyən ərzaq çatışmazlığının qarşısını almaq üçün Ukraynaya bu hərbi yardım göstərilməlidir.

Senatorun hərbi yardımdan bəhs edərkən, ABŞ-ın Ukrayna üçün ayırdığı 40 milyard dollarlıq paketi nəzərdə tutduğu aydındır. Bundan əvvəl də ABŞ-ın digər nüfuzlu nəşri “The Washington Post” senatorun iddialarını təsdiqləyən məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, 40 milyard dollarlıq yeni hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya “Patriot” zenit-raket sistemləri və uzaq mənzilli artilleriya qurğuları verilə bilər.

Zənnimizcə, “The Washington Post” digər “uzaq mənzilli artilleriya qurğuları”ndan bəhs edərkən mənzili 120-300 km aralığında dəyişilən silahları nəzərdə tutur. Bu barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

ABŞ Senatında qəbul olunan qətnamədə həmçinin Ukraynaya 8 milyard dollardan çox ümumi iqtisadi dəstək, potensial ərzaq çatışmazlığını aradan qaldırmaq üçün təxminən 5 milyard dollar və qaçqınlara 1 milyard dollardan çox vəsaitin ayrılması nəzərdə tutulurdu. Zənnimizcə, yardım paketi barədə sənəddə “potensial ərzaq çatışmazlığını aradan qaldırılması” xüsusunun açıq şəkildə yer alması da Mak-Konnellin irəli sürdüyü ehtimalı dəstəkləyir. Mak-Konnellin bu açıqlamasından aydın olur ki, yaxın zamanlarda Ukraynada müharibənin daha ağır silahlarla aparılması mərhələsi başlaya bilər. Hətta bu müharibənin təkcə Ukrayna ilə məhdudlaşmaması, digər qonşu ölkələrə sıçraması da istisna edilmir. Təsadüfi deyil ki, dünən NATO ittifaqının da gündəmində Moldovanın rus işğalına məruz qalma təhlükəsi var idi. Britaniya Xarici İşlər naziri Liz Truss “The Telegraph” nəşrinə verdiyi açıqlamasında bu iddianı irəli sürmüş, NATO üzvlərinin Moldovanı “rus işğalından qorumaq” üçün ona silah tədarükünü müzakirə etdiyini vurğulamışdı.

O, həmçinin bildirmişdi ki, Böyük Britaniya "Rusiyanın işğal təhlükəsini qorumaq" üçün Moldovaya silah göndərməyə hazırdır.

“Ukraynanın cənub-qərbində yerləşən Moldova NATO-nun üzvü deyil və onun ərazi genişlənməsinə can atdığı üçün Ukraynadan sonra Putinin növbəti hədəfinə çevrilə biləcəyi ilə bağlı qorxular var”, - deyə Liz Truss qeyd etmişdi.

Dünən Fransa Prezidenti Emmanuel Makronun da moldovalı həmkarı Maia Sandunu da rus işğalı ilə əlqədar xəbərdarlıq etdiyi bildirilir.

Məlumata görə, Fransa lideri həmkarına deyib ki, ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək.

“Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”, - Makron bildirib.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.