Keçmiş baş nazirdən Sarkisyanı ifşa edən AÇIQLAMA: - “Azərbaycan müharibəyə başlasa..”

23-04-2016, 12:49           
Keçmiş baş nazirdən Sarkisyanı ifşa edən AÇIQLAMA: - “Azərbaycan müharibəyə başlasa..”
“Azərbaycan Avrasiya İqtisadi İttifaqında iştirak etmək istəsə, Ermənistan hakimiyyəti buna öz razılığını verəcək. Çünki, Ermənistanın başqa çıxış yolu yoxdur. Yəni, Ermənistanın razılığı olmadan da Azərbaycan Avrasiya Birliyinə üzv ola bilər”.
Modern.az saytının verdiyi xəbərə görə, bunu Ermənistanın keçmiş baş naziri, “Azadlıq” Partiyasının sədri, deputat Qrant Baqratyan 1in.am analitik portalına müsahibəsi zamanı deyib.

O aprel ayının əvvəllərində cəbhə xəttində aparılan hərbi əməliyyatlar barədə də fikirlərini bölüşüb.

Baqratyanın sözlərinə görə, Azərbaycan bundan sonra yenidən genişmiqyaslı hərbi əməliyyatlara başlasa, Ermənistanın separatçı “Dağlıq Qarabağ Respublikası”nı tanıyıb-tanımayacağı məsələsinə əhəmiyyət verməyəcək.

“Azərbaycan genişmiqyaslı müharibəyə start versə, bizim Dağlıq Qarabağın müstəqilliyini tanıyıb-tanımayacağımız məsələsinə baxmayacaq. Cəbhədəki son hadisələr bunu göstərdi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru