BMT-nin baş katibi Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

23-04-2016, 22:57           
BMT-nin baş katibi Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın xəbərinə görə, BMT-nin baş katibi Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müəyyən qlobal hadisələr səbəbindən iştirak edə bilməyəcəyi ilə bağlı təəssüfləndiyini bildirib, Forumun işinə uğurlar arzulayıb və tədbir zamanı videomüraciətini səbirsizliklə gözlədiyini söyləyib.

Prezident İlham Əliyev telefon zənginə görə minnətdarlığını bildirib, ölkəmizin BMT ilə uğurlu əməkdaşlığından məmnunluğunu ifadə edib.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru