Ermənilər bayrağımızı yandırdı – cavab nə olmalıdır?

25-04-2016, 09:18           
Ermənilər bayrağımızı yandırdı – cavab nə olmalıdır?
Fazil Mustafa: “Biz onları qələbələrimizlə yandırmalıyıq”

Üzeyir Cəfərov: “Azərbaycan hələ uzun müddət Ermənistanı cəzalandıracaq”

Akif Nağı: “Bayraq yandırmaq da bir formadır, onu da edə bilərik”

Tural Abbaslı: “İstəməzdim ki, Azərbaycanda belə bir addım atılsın”

24 aprel qondarma erməni soyqırımı ilə bağlı İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırılıbb. Hər il keçirilən yürüşdə əvvəllər yalnızca bu soyqırımı tanımayan dövlətlərin bayrağı yandırılırdı. Belə görünür, bədxah qonşular bu yolla həm də 4 günlük müharibənin qisasını Azərbaycanın bayrağından almaq istəyiblər.

Hərbi ekspert Üzeyir Cəfərov bu işdə Rusiyanın da izinin görüldüyünü dedi: “Ermənilərin tarixinə son baş vermiş 4 günlük müharibə elə bir iz qoyub ki, onlar bəlkə də bundan sonra nə qədər ki, qondarma soyqırımı qeyd edib, işğalçı əsgər və zabitlərini anacaqlar, elə o vaxta qədər də Azərbaycanın bayrağını yəqin ki, təhqir edəcəklər. Lavrovun İrəvana gəlib-getməsi və ondan iki gün əvvəl Rusiyanın bayrağının yandırılması və dərhal valın dəyişdirilərək Azərbaycan bayrağının Türkiyə bayrağı ilə birlikdə yandırılması mərkəzdən idarə olunan siyasətdir. Azərbaycan hələ uzun müddət Ermənistana cəzalandıracaq. Nə qədər ki, ermənilər haqq yoluna qayıtmayıblar, nə qədər ki, işğalçı siyasətlərindən əl çəkməyiblər, onların başı çox bəlalar çəkəcək. Azərbaycanın bayrağını yandırırlar, yandırsınlar. Azərbaycan onları başqa cür yandıracaq. Biz təmkinimizi qorumalı və onların səviyyəsinə enməməli, lazımı addımları atmalıyıq. İnşallah, yaxın bir zamanda biz ermənilərin başına necə çarə axtarmalarının şahidi olacağıq”.
Deputat Fazil Mustafa ermənilərin bayrağımızı yandırmasını cəbhədəki son baş verənlərlə əlaqələndirmir: “Bu hərəkəti ermənilərin ümumi xəstəliyi ilə izah etmək olar. Ermənilər ümumiyyətlə, düşmən münasibətini xalqlara qarşı dəyişmirlər. Bu sadəcə olaraq anormallıqdır. Bu anormallığın da başqa izahı yoxdur. Ermənilər birinci dəfə deyil ki, Azərbaycanın bayrağını yandırırlar. Bu baxımdan da mən son baş verən hadisəni Azərbaycana olan nifrətlə əlaqələndirirəm. Bu xəstə bir millətdir. Bu xəstəlik də dövlətin özünün ömrünü azaldacaq. Bizimlə nə qədər ki, düşmən olacaqlar özlərini həmişə təhlükədə hiss edəcəklər, onlarda heç vaxt insan kimi yaşamaq motivasyonu olmayacaq. Erməni uşaqları həmişə vəhşi kimi, başqasına nifrət bəsləyən adam yeyən obrazında böyüyəcək. Bu da xəstə təxəyyülün məhsuludur. Bizim bayrağımızı yandırsalar da biz öz işimizi görüb onları qələbələrimizlə yandırmalıyıq”.
Azərbaycanın da cavab olaraq Ermənistanın bayrağını yandırmalıdırmı sualını cavablandıran F.Mustafa buna qarşı olduğunu dedi: “Ümumiyyətlə bayraq yandırmağa, hətta bu düşmən dövlətin bayrağı olsa belə münasibətim mənfidir. Düşməni uğurla, qələbə ilə yandırmaq olar”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bayraq yandırmağın bir forma olduğunu və bunu edə biləcəklərini dedi: “Bu, ermənilərin Azərbaycana və Türkiyəyə qarşı nifrətinin göstəricisidir. Həm də müəyyən mənada döyüş meydanında heç nə edə bilmirlər deyə, bayraqdan bu cür intiqam almağa çalışır, hirslərini, hikkələrini bayrağa tökürlər. Bu da onların seçimidir. Dünyada da bu cür praktikalar var ki, dövlətlər bir-biri ilə düşmən vəziyyətində olanda müəyyən adamlar toplaşır və başqa dövlətin bayrağını yandırır. QAT-ın da belə bir praktikası var. Azərbaycanda bu praktikanı elə biz başlatmışıq. Biz də onlara cavabı bayraqlarını yandıraraq deyil, döyüş meydanında veririk. Onların bayrağını yandırmaq da cəmiyyətdə bəzən birmənalı qarşılanmır. Amma bayraq yandırmaq da bir formadır, onu da edə bilərik. Ermənilərin bu hərəkəti onların gücsüzlüyünün göstəricisidir”.

“Ağ Blok”un təsisçisi Tural Abbaslı isə bunun ermənilərin cılız və zəif olduğunun göstəricisi olduğunu dedi: “Sivil dünyada qəbul olunmuş normalar var. Bayraqlar təkcə o hökumətləri təmsil etmir, həm də xalqları, millətləri təmsil edir. Bu və digər problemlərə görə bayraqların təhqir olunması yaxud yandırılması ən azından etik sayılmır. Mən ümumiyyətlə xatırlamıram ki, türk dövlətlərindən hansısa tarix boyu düşməninə belə hörmətsizlik etsin. Biz düşmənimizə belə hörmətlə yanaşırıq. Bu da düşmənə sevgimizdən yox, özümüzün mənəvi və tarixi dəyərlərimizdən irəli gəlir. Bayraq yandırmaq fikrimcə, cılız məsələdir. Əgər gücün çatırsa, o bayrağı təmsil edən ordunu, xalqı, mədəniyyətini məğlub elə. Biz də ermənilərin bayrağının sabah 50-100 metr düzəldib ən böyük yolun üstündə onu sərək, gedib gələnlər üstündən keçsin. Bu, heç uyğun olmazdı. Ermənilərdə bunu etməklə tarixlərinə, kimliklərinə sadiqdirlər. Bizim ermənilərə ən gözəl cavabımız Allahın izni ilə torpaqlarımızı alanda olacaq. Ermənilər Xocalı soyqırımı törədib bizim körpələrimizi, qadınları, yaşlı insanları öldürüblər. İndi biz qisas almaq üçün onların körpələrini, qadınlarını, yaşlı insanlarınımı öldürək?! Biz onların döyüşənləri ilə, əli silah tutanları ilə döyüşməliyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.