"İlham Əliyev ən pis situasiyada mümkün ən yaxşını etməyə çalışdı..." - "The New York Times"

25-04-2016, 13:49           
"İlham Əliyev ən pis situasiyada mümkün ən yaxşını etməyə çalışdı..." - "The New York Times"
Amerikanın süstlüyünü fürsət bilərək Rusiya özünün Yaxın Şərqəki şəbəkəsini bərpa edir və Qafqazda, Xəzər və Qara dəniz arasındakı geniş bölgədə mövqelərini möhkəmləndirir.

“The New York Times” qəzetində dərc edilmiş məqalədə deyilir.

Qəzet xatırladır ki, Gürcüstandan ayrılan, faktiki Rusiyanın nəzarətində olan Cənubi Osetiya rəsmən Rusiyanın tərkib hissəsinə çevrilmək üçün Krım ssenarisini təkrar edib mayın 11-də referendum keçirəcək. Oktyabrda isə daha belə bir referendum Abxaziyada olacaq.

“Rusiyanın növbəti hədəfi neftlə zəngin Cənubi Qafqaz respublikası Azərbaycandır. Bu ayın əvvəllərində Rusiya Dağlıq Qarabağ münaqişəsi zonasındakı 4 günlük müharibədən istifadə edərək Vaşinqtonun qətiyyətini bir daha yoxladı, status-kvonun yeganə qarantı kimi fəaliyyətini davam etdirdi”-qəzet yazır.

“The New York Times” əlavə edir ki, Vaşinqtonun Qarabağda baş verən hadisələrə tənbəl, süst reaksiyası Moskvada və onun Tehrandakı müttəfiqlərində Azərbaycanın da ərazilərinin 25 fazizi Rusiya tərəfindən qoparılıb alınan Gürcüstan kimi müdafiəsiz qala biləcəyinə dair qənaət formalaşdırdı.

“Azərbaycan prezidenti İlham Əliyev isə ən pis vəziyyətdə mümkün olan ən yaxşısını etməyə çalışdı, Moskva və Tehranın Vaşinqtondan məsafə saxlamaq barədə siqnallarını eşitmədi”-qəzet yazır.
Məqalədə Obama administrasiyasının passiv, cəsarətsiz xarici siyasəti tənqid olunur və bildirilir ki, belə siyasət səlahiyyətləri başa çatmaqda olan ABŞ prezidentinin düşündüyü kimi dünyanı daha təhlükəsiz, daha stabil etmir, əksinə təhlükələri və qeyri-stabilliyi artırır.

Virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.