Qlobal Forumun Bakı bəyannaməsi qəbul edildi

26-04-2016, 20:47           
Qlobal Forumun Bakı bəyannaməsi qəbul edildi
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakı bəyannaməsi qəbul edilib.

Report xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda UNAOC Dostları Qrupunun Yüksək Səviyyəli Toplantısı (BMT-nin Sivilizasiyalar Alyansı) zamanı deyib.

O, qrupun konsensus əldə etdiyini, nəticədə də Bakı bəyannaməsinin qəbul edildiyini bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakdan imtina edərək tərəflərin konsensus əldə etməyəcəyi və forumun bəyannaməsinin qəbul olunmayacağı ilə bağlı bəyanat yaymışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru