Rusiyanın Azərbaycanla bağlı şübhəsinə son qoyuldu

29-04-2016, 15:51           
Rusiyanın Azərbaycanla bağlı şübhəsinə son qoyuldu
Bir müddət əvvəl Azərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının Türkiyəyə məxsus olması haqda şübhələrə son qoyulub. ANS TV-nin məlumatına görə Rusiyadan ölkəmizə gələn mütəxəssislər müəyyən yoxlamalar aparıb və bəzi yeni fitosanitar qaydalar müəyyənləşdirilib.

Bütün bu məsələlərlə bağlı kənd təsərrüfatı naziri Heydər Əsədov açıqlama verib. Bildirib ki, nümayəndə heyəti bir neçə gün ərzində 52-yə yaxın istixanada olub, məhsulların istehsal şəraiti və istixanalarla tanış olub.

“Rusiyadan gələn mütəxəssislər öz hesabatlarını aidiyyatı qurumlara artıq çatdırıblar. Həmin hesabatın bir nüsxəsi də bizdədir. Onlar öz gözləri ilə gördülər ki, bu məhsulların istehsalı Azərbaycanda həyata keçirilir. Bundan sonra hansısa bir problemin ola biləcəyinə mən inanmıram”-deyə nazir jurnalistlərə müsahibəsində bildirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru