Bu halda ilin sonuna kimi Ukrayna qalib gələcək

6-07-2022, 08:35           
Bu halda ilin sonuna kimi Ukrayna qalib gələcək
Bunun (Rusiya ordusuna qarşı müharibədə qələbə - red.) baş verməsini çox istərdik, lakin bunun üçün müəyyən amillər olmalıdır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Əgər tərəfdaşlarımızın bizə verdiyi silahların miqdarı və keyfiyyəti, ölkəmizi dəstəkləmək üçün lizinq və digər imkanlar açılsa, bu vəzifəni ilin sonuna kimi yerinə yetirmək olar. Bu baş verməsə, çox çətin olacaq, amma müstəqillik uğrunda mübarizəmizi davam etdirəcəyik”, - Danilov vurğulayıb.

Danilov onu da bildirib ki, müharibədə qələbə 2013-cü ildəki Ukraynanın dövlət sərhədlərinə çıxışı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru