Deputat seçicilərini vəzifəli şəxslərə qarşı birliyə çağırdı: - “Qeyri-qanuni hərəkətlərindən məhkəməyə müraciət edin”

7-07-2022, 09:29           
Deputat seçicilərini vəzifəli şəxslərə qarşı birliyə çağırdı: -
Deputat seçicilərini vəzifəli şəxslərə qarşı birliyə çağırdı:
Deputat Tahir Kərimli seçicilərinə müraciət edib.

Teref.az xəbər verir ki, pravda.az-a daxil olan müraciətdə deyilir:

“Əziz seçicilərim!

Siz bütün orqanların və vəzifəli şəxslərin qeyri-qanuni hərəkətlərindən məhkəməyə müraciət edə bilərsiniz. Məhkəmənin sizin müraciətlərə baxması qanunun tələbidir. Məhkəmə hakimiyyətinə dərin hörmətimi ifadə etməklə, seçicilərimə təklif edirəm ki, məhkəmənin bu xarakterli və cinayət, mülki, inzibati xarakterli bütün işlərin baxılmasına dair fəaliyyətində nöqsan hesab etdikləri məsələlər üzrə ünvanıma yazılı və ya elektron qaydada müraciət etsinlər. Biz yalnız bir-birimizə arxa durmaqla, baş verə biləcək qanunsuzluqların qarşısını ala bilərik. Mən də Deputat statusuma uyğun olaraq, vətəndaşların hüququnu qoruyacağam!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru