Lavrov Vyana görüşündən danışdı: “Tərəflər kompromisə meyillidir”

17-05-2016, 09:38           
Lavrov Vyana görüşündən danışdı: “Tərəflər kompromisə meyillidir”
Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra keçirilən ilk görüş başa çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak edib.Musavat.com xəbər verir ki, Rusiya xarici işlər naziri S. Lavrov görüşdən sonra Rossiya 24 kanalına verdiyi açıqlamada deyib ki, prezidentlərin iyunda yeni görüşünün vaxtı müəyyənləşdiriləcək. Tərəflər atəşkəsin davam etməsində razılaşıblar.
Axar.az saytı isə xəbər verir ki, Lavrov görüşün nəticəsi olaraq ATƏT-in Qarabağdakı insidentin araşdırılması ilə bağlı konkret addımlar atacağını bildirib: “Düşünməyə əsas var ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsində kompromisə meyillidirlər. Biz bundan istifadə edəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.