7 rayon qaytarılacaq -“Kazan düsturu” gündəmdə?

18-05-2016, 01:49           

Rusiyalı politoloqun şərhi

“İlham Əliyevlə Serj Sarkisyanın Vyana görüşü Qarabağ üzrə “Kazan düsturu”nun reallaşdırılması yolunda proloqdur”.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markov prezidentlərin Vyana görüşünü şərh edərkən deyib.
Onun sözlərinə görə, təmas xəttində hadisələrin araşdırılması mexanizminin yaradılmasına dair razılıq əhəmiyyətlidir: “Bu addım hərbi gərginliyi azaltmağa imkan verəcək, beləliklə, danışıqlar prosesi davam edəcək. Fikrimcə, prezidentlərin beşinci, yaxud altıncı görüşündə “Kazan düsturu” üzrə razılığa gəlinəcək. Hansı ki, bu Qarabağ ətrafındakı rayonların qaytarılması, Ermənistanın blokadadan çıxarılmasını özündə ehtiva edir”.
Qeyd edək ki, “Kazan düsturu” Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin 2011-ci ildə təşkil etdiyi prezidentlərin görüşündə gündəmə gəlib. Bu plana görə, Qarabağ ətrafı rayonlar qaytarılır, daha sonra Qarabağın statusu məsələsi müzakirə olunur. Həmin ərəfədə sülhməramlılar bölgəyə yerləşdirilir.
Ekspert qeyd edib ki, Vyana görüşü münaqişə üçün əhəmiyyətli idi: “Hətta orada heç nəyə nail olmaq mümkün olmayıbsa da, bu danışıqların yenilənməsinə kömək etdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru