Aİ İrana qarşı yeni sanksiyalar qəbul edəcək

13-10-2022, 11:37           
Aİ İrana qarşı yeni sanksiyalar qəbul edəcək
Aİ xarici işlər nazirləri oktyabrın 17-də ölkədə etirazların yatırılmasında iştirak edən İran rəsmilərinə qarşı yeni sanksiyalar qəbul edəcəklər.

Bu barədə çərşənbə günü Fransanın xarici işlər naziri Katrin Kolonna Senatın Xarici Əlaqələr Komissiyasının iclasında çıxışı zamanı bildirib.

“Bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü keçiriləcək. Biz İranda repressiyalara görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar qəbul edəcəyik”, - o deyib.

Kolonna bəyan edib ki, İran insan haqları üzrə öhdəliklərə əməl etməlidir.

Fransalı nazirin sözlərinə görə, Aİ ölkələri artıq sanksiyalarla bağlı ilkin razılığa gəliblər.

“Düşünürəm ki, qərar Tehranın təzyiqlərinə baxmayaraq veriləcək”, - Kolonna əlavə edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru