Makron Ermənistanı sona qədər tək qoymayacaqlarını deyir..

13-10-2022, 12:38           
Makron Ermənistanı sona qədər tək qoymayacaqlarını deyir..
Makronun “France 2” telekanlına müsahibəsində Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi qəbul edilə bilməz, çünki Fransa tərəf olduğunu ən yüksək səviyyədə bəyan edir.
Müsahibədə əsas diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropaya qaz satmasının heç bir “güzəştə” əsas vermədiyi haqda dedikləridir.
“Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, “bizim dəyərlərimiz və prinsiplərimiz” nə qazla, nə neftlə satın alınmır”, - Makron deyib.
Bununla “Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmədiklərini” deyən Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Josep Borelə cavab verir və Bakıya qarşı cəbhəni gücləndirəcəklərini elan edir. Gələn ay Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə edəcəklər. İstisna deyil ki, Fransa hökuməti təzyiq xarakterli qərarların qəbuluna çalışacaq.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru