AŞPA-dan şok qərar – Rusiya hakimiyyətini terrorçu elan etdi

13-10-2022, 19:59           
AŞPA-dan şok qərar –
Avropa Şurası Parlament Assambleyası “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün daha da genişlənməsi” adlı qətnamə qəbul edib.

Bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Mariya Mezentseva və nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko məlumat verib.

“99 nümayəndə lehinə səs verdi. Biri bitərəf qaldı. Bu, tarixi nəticədir! Avropa Şurası Parlament Assambleyasının tam dəstəyi!”, - Qonçarenko vurğulayıb.

Ukrayna nümayəndə heyətinin üzvünün sözlərinə görə, qətnamədə Rusiya hakimiyyətinin terrorçu olduğu bildirilir: “Bu, qlobal miqyasda güclü siqnaldır və bu, Rusiyanı terrorizmin sponsoru kimi tanımaq üçün növbəti addımdır”.

Rusiya aprel ayında Avropa Şurası Parlament Assambleyasının üzvlüyündən çıxarılıb. //teleqraf.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru