Prezident Adminstrasiyası rəsmisi Vyana görüşünü şərh etdi - Video

18-05-2016, 08:23           
Prezident Adminstrasiyası rəsmisi Vyana görüşünü şərh etdi - Video
Aprel ayının əvvəlində Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlikdən sonra iki ölkənin prezidentlərinin görüşünə böyük ümidlə diqqət yönəldi. Ermənistan tərəfinin əvvəlcədən də etdiyi açiqlamaya görə, onların görüşdən gözləntisi əsasən 1994-cü il atəşkəsinin möhkəmləndirilməsi idi.

“Biz Vyana görüşündə gələcək danışıqları davam etdirmək üçün atəşkəs rejimini möhkəmləndirməyə razılıq vermişik”. Bunu ANS TV-yə eksklüziv açıqlamasında PA rəhbərinin müavini Novruz Məmmədov deyib.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri söylədi ki, əsas odur ki, bundan sonra atəşkəsə riayət olunsun, təxribat hərəkətləri olmasın və biz iyun ayında danışıqlar prosesinə başlayaq. PA rəsmisinin həmsədrlərin yaydığı bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi ilə bağlı fikrə münasibəti belə oldu: “Anjey Kasperşikin səlahiyyətində çox böyük dəyişiklik ola bilməz. Orada yazılanlar Minsk qrupunun mövqeyidir, biz bununla bağlı öhdəlik götürməmişik”.
Ermənistan prezidentinin müsahibəsində dediklərinə gəlincə, Novruz Məmmədov dedi ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan torpaqlarını BMT TŞ-nın qəbul etdiyi qətnamələrə uyğun olaraq azad etməlidir: "Bunu nə qədər tez etsələr, onlar üçün də yaxşı olacaq. Vyana görüşündən sonra Rusiya XİN gələn ay münaqişənin yekun həlli ilə bağlı danışıqlar başlaycağından, bir daha güzəştdən danışıb”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.