Putinin hədəsinə ŞOK CAVAB - "Dediyini etsə Rusiya ordusunu məhv edəcəyik"

14-10-2022, 10:28           
Putinin hədəsinə ŞOK CAVAB -
“Ukraynaya mümkün nüvə hücumuna cavab verəcəyik. Cavab nüvə silahı ilə olmayacaq. Elə bir hərbi cavab verəcəyik ki, rus ordusu məhv olacaq”.

Metbuat.az xəbər verir ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel belə açıqlama verib. O bildirib ki, Putin zarafat etmədiyini deyir. Avropa Birliyi ölkələri, ABŞ və NATO da zarafat etmir. Borrel Avropa Birliyinin Ukrayna torpaqlarının ilhaqına qarşı qərarından da məmnun qaldığını ifadə edib. Lakin o, 20 ölkənin bitərəf qalmasından narahatlıq ifadə edib.

Qeyd edək ki, Ukraynanın ilhaq edilmiş ərazilərini Rusiya torpaqları kimi təqdim edən Putin, ölkənin ərazi bütövlüyünə təhdid olacağı təqdirdə nüvə silahından istifadə edəcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru