SEPAH-ın quru qoşunlarının “Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir

14-10-2022, 16:35           
SEPAH-ın quru qoşunlarının “Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir
İran Azərbaycanla sərhəddə yeni təlimlərə başlayır: SEPAH-ın quru qoşunlarının “Güc” adı ilə təlim keçirməsinin Azərbaycana qarşı “əzələ nümayişi” olduğu bəllidir;
Və təlimlərin indi başlanması da gözlənilməz hesab edilməməlidir:
Birincisi, Ermənistanın sərhədini “qırmızı xətti” elan edən İran daxildəki etirazlar fonunda “sionizm”, “terror” iddialarını yenidən aktuallaşdırdı və hətta Araz bölgəsində “terrorçuların saxlanılması” teatrını da qurdu: sərhədə “leşkər” göndərilməsi də rejimin “xarici təhlükə” ssenarisini gücləndirmək və Bakıya “müdaxilə planını” əyani şəkildə nümayiş etdirmək məqsədi daşıyır;
İkincisi, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar sürətlənib və ilin sonuna qədər razılaşmanın olması, xüsusilə sərhədin delimitasiyası məsələsinin həlli gözləntiləri var: İran mümkün sərhəd dəyişikliyinə qarşı Bakını “leşkər”lə təhdid edir;
Təlim adı ilə Azərbaycan sərhədinə göndərilən qoşunların burada uzun müddət qalacağı da istisna deyil.
Asif Nərimanoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru