Erməni hərbiçisinin ŞOK məktubu- "..şərəfli düşmən,şərəfsiz vətənpərvərdən daha gərəklidir."
19-05-2016, 12:41
teref.az olaraq bu gün hamı üçün aktual olan bu yazını oxuyub fikirləşməyinə dəyər. Yazını gündəmə gətirən Abuzər Əbilova təşəkkür ediriəm! Nurəddin Xoca!
Forumların birində "Zavokzalnaya" adlı erməni yuzerinin mənə şəxsi məktubunu sizin ixtiyarınıza buraxıram. Məqsədim erməniyə acimağınız yox,onun toxunduğu bəzi məqamların analizidir.Əvvəlcə deyim ki yazı rus dilində idi.Tərcümə mənimdir. Yazan isə ixtisaslı adekvat bir ehtiyatda olan Erməni ordusunun mayorudur. Nə zamansa Qarabağ döyüşlərində iştirak edib.
Salam hörmətli Mirotvores. "Hörmətli "sözümü ironiya saymayın. Həqiqətəndə sizin Solnişka,Burjuin,Greqor,Artsax və digər çaqqallarla mübahisənizdə,nə qədər tərbiyəli və ixtisaslı hərbçi olduğunuzu hiss etdim və düşmən də olsanız,sizə böyük hörmətim var. Mənə görə isə,şərəfli düşmən,şərəfsiz vətənpərvərdən daha gərəklidir. Əvvəlcə deyim ki,siz mənim həmvətənimsiniz-millətim olmasa belə. Mən əsl Bakılıyam. Zavokzalnı da doğulmuşam,Qarabağ mehmanxanasının aşağısında yaşamışam,28 aprel küçəsində,Kamoda boyümüşəm.Toyum da o mehmanxanada olub. Deyirlər indi o yoxdur. O yerlər mənim üçün doğmadır-siyasət və üfunət iyi verən siyasi vətənpərvərliyi kənara tullasaq. Nə isə,kədərli notları kənara qoyaq.
Burjuin kimi Rusiyada yaşayıb,bir gün də Ermənistanın ordusunda xidmət etməyən alcaq sürüsü ilə nahaqq mübahisə edirsiniz. Onlar hec zaman hərbci olmayıb hec zaman da bu sənətin incəliyinə varmazlar. Onlara "Böyük Ermənistan" çığırmaqla,Ermənistanı qarışqadan da kiçik etmək qalır. Cünki onlara nə Ermənistan nə də insanların bir biri ilə mehriban yaşamağı lazımdır. Elə sizdədə belə murdarlar az deyil. Onların hec biri bilmir ki indi Arsax deyilən xarabada mənim babam Karen Baqdasaryan illər uzunu öz bağının meyvələrini Martunidən gətirərək,Azərbaycanlılara satıb ailəsini xoş və ehtiyacsız dolandırıb. Onlar anlamırlar ki Qarabağda insanlar mehriban və ehtiyacsız yaşayıblar. Onlar anlamır ki,bu siyasətdə hec kim qalib gəlmədi,əksinə hər iki xalq məğlub oldu.Və əfsus ki bu hələ də davam edir.Fikirləşməyin ki mən Ermənistanın hansısa xidmətinin tulasıyam və sizin beyninizi yumaq istəyirəm.Ermənistanla mən 1995 ci ildə qurtardım. O zaman ki,bu müharibədə prezervativ olduğumu anladım.Primorsk diyarında yaşayıram.Coxdan babayam və tüpürmüşəm bu siyasi torpaq oyununa.
Bir hərbci kimi sizə acıq deyirəm ki bəli siz bu gün Ermənistandan fərqli olaraq öz müasir ordunuzu yaratdınız. Son günlərin əməliyyatları,binamus Ohanyan xəttinin bir blef olduğunu və kicik bir Azərbaycan xüsusi təyinatlıları rotasının təpiyi altında göyə ucmasının şahidi olduq.Bəzi nyuansları nəzərə almasaq ,sizinkilər gözəl əməliyyat apardı. Bəli itgilər hər tərəfdə var və bu labüddür. Bu oyun yox,cılpaq müharibədir. Bunsuz hələ ki müharibələr yoxdur. Ordunuzun təhcizatına baxıram fotolarda. Yüksəkdir. Mənim millətim isə hələdə milli varidatları əvəzində Rusiyanın skladlarında cürüyən zirzibillərini alır. Azərbaycan HARPİ ilə ucanda,bizim sarsaqlar kuadrokopterlə dünyanı özlərinə güldürür.Artilleriyanız,tanklarınız güclüdür. Bunu bizimkilər haqda demək olmaz. Amma olardı ki,Serjin bütün dünyadan diləndiyi pulları ordunun müasirləşməsinə qoyardı. Qoymadı. Getdi coxu xaricdəıki bank hesablarına.
Sizin veteranların cəbhədən şəklinə baxdım. Özünüz qoymuşdunuz. Forumun rəhbərliyi bizimkilərin tələbi ilə pozub onları. Həm də bizim veteranların şəklinə,videosuna baxdım. Gülməkdən qarnım ağrıdı. Bizim sarsaqlar hələ də 1992 dən bu tərəfə adlamadı. Müasir sayılan orduya gələn bu qoca satsaqlar.nə geyimlərinə,nə sifətlərinə,nə də təminatlarına fikir verdi. Saqqallı,qarnı çöldə,kirli,yəqin ki hər axşam sərxoş bu sarsaqlar.kömək yox,əsgərə və onun qidasına artıq yükdür. İtə də məlumdur ki,birinci döyüşdə bunlar ya qacacaq,yada tumanlarına batıracaq. Müasir hərb anlayışı,bu budkalar yanında ucuz araqla sülənənlər ücün deyil. Bunu sarsaq komandanlıq ya anlamır,yada başqa carəsi yoxdur.
Sizinkilərə baxanda ürəyim acıldı. Səmimi deyirəm. O saat bilindi ki bunlar hərbin kostyakları(sütunları) dır.O qoca polkovnikə baxdım,əlində SVD. Üzündəki kin mənə cox şeyi dedi. Sizi də gördüm. Təmiz,ustava aid geyimlə,səliqəli. Həsəd apardım düzü.Düşmən olsanız belə hörmətim yenə artdı. Qibtə elədim. Paxıllığım tutdu.Mən siyasətci deyiləm. Amma anlayıram ki,əyər hələ sizin kimilər varsa-bizimkilər həqiqi Artsax dövləti qura bilməyəcəklər.
Son sözümdə bir daha xahiş edirəm özünüzü Burjuin,Solnışka,Qreqor,Artsax kimi hərbidən xəbəri olmayan zibillərin səviyyəsinə salmayın. Mən Erməniyəm. Kecmişimə baxmayaraq öz millətimi sevirəm. Bilirəm də ki ,nə vaxtsa bu müharibə yenidən qızışacaq. Bizdən asılı olmayan səbəbdən. İnanmıram mən orda olacam.Sizsə yəqin olacaqsınız. Uğur demirəm. Qoy haqlı olan qazansın.
teref.az